Azadmedia.az peyvəndlər immunitetə necə təsir edir? - sualına Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmovun cavabını təqdim edir:
- Peyvəndlər immunitetə mühüm təsir göstərir və bədənin yoluxucu xəstəliklərə qarşı müdafiə gücünü artırır. Peyvəndlər immun sisteminə sanki “təlim keçir” və ona bir infeksiyaya qarşı necə reaksiya verəcəyini öyrədir. Bu, orqanizmin həmin infeksiya ilə yenidən qarşılaşdığında daha sürətli və güclü olmasını təmin edir.
Peyvəndlər orqanizmin immun yaddaşını yaradır. Peyvəndlər vasitəsilə infeksiya yaradan mikroorqanizmlərin və ya onların zəhərli maddələrinin zəifləmiş və ya öldürülmüş versiyalarını alır. Bu zaman immun sistem bu mikroorqanizmləri öyrənir və onları tanımağa başlayır. Yaddaş hüceyrələri həmin infeksiya ilə qarşılaşdığında daha sürətli və təsirli cavab verə bilir. Peyvəndlər orqanizmin müdafiə mexanizmlərini aktivləşdirir, amma xəstəlik yaradan tam infeksiya yaratmır. Bu, orqanizmin sağlam bir təcrübə ilə xəstəliklərə qarşı hazır olmasına imkan verir. Bununla da, kollektiv immunitet yaranır və cəmiyyətin böyük bir hissəsində xəstəliklərin yayılma ehtimalının azalmasına gətirib çıxarır. Beləliklə, epidemiyaların qarşısı alınır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.