AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

3D printerdən biftek: Avropa kosmik agentliyi orbitdə qida yetişdirməyi planlaşdırır

  • + A
  • - A
  • 22-04-2025, 23:41

    3D printerdən biftek: Avropa kosmik agentliyi orbitdə qida yetişdirməyi planlaşdırır

    BBC xəbər verir ki, Avropa Kosmik Agentliyinin (ESA) layihəsi orbitlərdə və digər planetlərdə aşağı çəkisi və yüksək radiasiya şəraitində qida məhsullarının yetişdirilməsi imkanlarının qiymətləndirilməsinə yönəlib. 
    Təcrübədə iştirak edən qrup iddia edir ki, bu təcrübə iki ildən sonra Beynəlxalq Kosmik Stansiyada qida məhsulları istehsalı üçün kiçik zavodun yaradılması yolunda ilk addımdır.
    London İmperial Kollecinin tədqiqatçıları ilə birlikdə konsepsiya üzərində çalışan Frontier Space-in baş direktoru və qurucusu Dr.Aquila Shamsulun sözlərinə görə, NASA-nın bəşəriyyəti planetlərarası növə çevirmək məqsədinə nail olunarsa, laboratoriyada yetişdirilən qidalar zərurətə çevriləcək.
    — Arzumuz orbitdə və Ayda fabriklər tikməkdir. İnsanların kosmosda yaşamasına və işləməsinə imkan verən bir infrastruktur yaratmaq istəyiriksə, Yerdən kənarda istehsal müəssisələri tikməliyik. Tədqiqat ISS-ə qida çatdırılmasının yüksək qiyməti səbəbindən başladı - bir astronavt üçün gündə 20.000 funta çatır. Proteinlə zənginləşdirilmiş sadə kartof püresi ilə başlaya, sonra kosmosda bişirə biləcəyimiz daha mürəkkəb məhsullara keçə bilərdik. Uzunmüddətli perspektivdə isə onlar 3D printerdə laboratoriyada yetişdirilən inqrediyentlərdən istifadə edə və hər hansı bir şeyi çap edə bilərlər - məsələn, biftek, Şəmsul bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR