AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çində keçirilən Olimpiadada robot yarış zamanı adamı yıxıb

  • + A
  • - A
  • Bu gün, 18:07

    Çində keçirilən Olimpiadada robot yarış zamanı adamı yıxıb


    Robot Unitree H1 insanabənzər robotların birinci Ümumdünya Oyunlarında 1,5 km məsafədə yarışda qalib gəlsə də, yolda bir nəfəri yıxıb. Bu barədə VC məlumat yayıb.

    Unitree-nin məlumatına görə, H1 məsafəni 6 dəqiqə 34 saniyəyə qət edib. Bu, ikinci iştirakçıdan - Lingyi şirkətindən olan Uokerdən (12 dəqiqə 4 saniyə) demək olar ki, iki dəfə sürətlidir. Müqayisə üçün qeyd edək ki, bu məsafədə insanlar arasında hazırkı rekord 3 dəqiqə 26 saniyədir.

    Unitree-nin açıqlamasında qeyd edilir ki, qaçış zamanı robot insanla toqquşub - adam yıxılıb, robot isə hərəkətini davam etdirərək məsafəni uğurla başa vuraraq şirkətə turnirdə ilk qızıl medalı gətirib.

    Unitree H1 robotunun qiyməti 90.000 dollardan başlayır. (təxminən 7,1 milyon rubl). Şirkətin saytında bildirilir ki, robotun maksimal sürəti 5 m/s-ə çata bilər.

    Avqustun 14-dən 17-dək Çində insanabənzər robotların birinci Ümumdünya Oyunları keçiriləcək.Olimpiadada 16 ölkədən 500-dən çox robot sistemi, 280 komanda, o cümlədən tələbələr, məktəblilər və aparıcı robototexnika şirkətlərinin, o cümlədən Unitree və Pekin Süni İntellekt İnstitutunun nümayəndələri iştirak edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR