AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Microsoft xəbərdarlıq edir: Çin süni intellektdə Qərbdən kənar bazarlarda ABŞ-ı qabaqlayır

  • + A
  • - A
  • 13-01-2026, 22:25

    Microsoft xəbərdarlıq edir: Çin süni intellektdə Qərbdən kənar bazarlarda ABŞ-ı qabaqlayır

    Amerikanın texnologiya nəhəngi Microsoft Çin şirkətlərinin süni intellekt (Sİ) texnologiyalarının yayılmasında ABŞ-ı geridə qoyduğunu açıqlayıb. Bu barədə Microsoft-un prezidenti Bred Smit Financial Times nəşrinə müsahibəsində bildirib.
    Onun sözlərinə görə, Çin şirkətləri, xüsusilə də DeepSeek startapı inkişaf etməkdə olan ölkələrdə, o cümlədən Afrika bazarlarında sürətlə mövqe qazanır. Buna əsas səbəb açıq mənbəli, daha ucuz və dövlət tərəfindən subsidiyalaşdırılan Sİ modelləridir. ABŞ şirkətləri — OpenAI və Google daxil olmaqla — əsasən qapalı modellərə üstünlük verir və texnologiyanı abunə və korporativ müqavilələr üzərindən kommersiyalaşdırır.
    Microsoft-un apardığı araşdırma göstərib ki, DeepSeek R1 modelinin bazara çıxması “qlobal cənub” ölkələrində süni intellektin tətbiqini xeyli sürətləndirib və açıq mənbəli Sİ həlləri sahəsində Çinə ABŞ üzərində üstünlük qazandırıb. Çin texnologiyaları xüsusilə Amerika texnologiyalarına çıxışı məhdud olan ölkələrdə — Rusiya və Belarus kimi bazarlarda daha sürətlə yayılıb.
    Bred Smit bildirib ki, bu fərqin azalması üçün beynəlxalq maliyyə institutları tərəfindən infrastruktur və enerji sahələrinə əlavə investisiyalar vacibdir. O, həmçinin süni intellektə çıxışda inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı uçurumun artmasının qlobal iqtisadi bərabərsizliyi daha da dərinləşdirə biləcəyi barədə xəbərdarlıq edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR