Apple yeni büdcə modeli olan iPhone 17e-ni təqdim edib. Smartfon 6,1 düymlük OLED ekran (60 Hz, 1200 nit) və Apple A19 prosessoru ilə təchiz olunub. Cihaz 8 GB RAM və 256 və ya 512 GB yaddaşla təklif edilir.
Modelin əsas yeniliyi MagSafe maqnitli simsiz enerji doldurma dəstəyidir. Arxa kameranın icazəsi 48 MP, ön kamera isə 12 MP-dir.
iPhone 17e-nin başlanğıc qiyməti 599 dollardır və qara, çəhrayı, ağ rənglərdə satışa çıxarılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.