Apple kütləvi istifadəçilər və sadə gündəlik tapşırıqlar üçün nəzərdə tutulmuş, Mac Neo adlı ucuz mini-PC təqdim edə bilər. Bu barədə MyDrivers məlumat yayıb.
Yeni model yüksək performans tələb etməyən işlər üçün Mac mini-yə daha sadə alternativ olacaq. Qurğunun performansına 12 GB operativ yaddaşla birlikdə Apple A19 Pro mobil çipi cavabdeh olacaq. Eyni çip iPhone 17 Pro modelində də istifadə olunur.
Mini-PC-nin iki ədəd USB-C portu (10 Gbit/s sürətə qədər) daxil olmaqla əsas interfeyslərlə təchiz ediləcəyi gözlənilir. İlkin məlumatlara görə enerji sərfiyyatı təxminən 35 Vt olacaq.
Qurğunun gümüşü rəngli plastik korpusa sahib olacağı və ölçülərinə görə Apple TV 4K ilə müqayisə ediləcəyi bildirilir. Bu isə onu şirkətin ən kompakt masaüstü həllərindən birinə çevirə bilər.
Mac Neo-nun təxminən 2299 yuan (təxminən 25 min rubl) qiymətlə satışa çıxarılacağı gözlənilir. Müqayisə üçün, M seriyalı çiplərlə təchiz olunan Mac mini hazırda 5599 yuan (təxminən 62 min rubl) qiymətindən başlayır.
Həmçinin, şayiələrə görə, Apple gələn il eyni çip və 12 GB operativ yaddaşla MacBook Neo 2 modelini də təqdim edə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.