Polşada robotların iştirakı ilə keçirilən aksiya diqqət çəkib

Polşanın paytaxtı Varşavada robotların iştirakı ilə qeyri-adi etiraz aksiyası keçirilib.
Xarici mediada yayılan xəbərə görə, Rəqəmsal Texnologiyalar Nazirliyinin binası qarşısında keçirilən aksiyada humanoid və dördayaqlı robotlarla yanaşı, müxtəlif xidmət robotları da yer alıb.
Aksiyanı “Demokratizm” təşəbbüsü təşkil edib. Robotlar üzərində bayraqlar və “İş yerlərini qoruyaq”, “Tənzimləmə üçün vaxt yetişdi” kimi şüarlar nümayiş etdirilib.
Təşkilatçılar bu üsulla süni intellekt və robot texnologiyalarının sürətli inkişafının əmək bazarına mümkün təsirlərinə diqqət çəkməyə çalışıblar.
Təşkilatçı Ceqoj Kulisin bildirib ki, humanoid robotların geniş tətbiqi fiziki əmək tələb edən iş yerlərinə təsir göstərə bilər. O əlavə edib ki, süni intellekt texnologiyalarından məlumatların emalı, ofis fəaliyyəti və xidmət sektorunda getdikcə daha çox istifadə olunur.
Polşanın rəqəmsal inkişaf naziri Kşiştof Qavkovski aksiya iştirakçıları ilə görüşüb. Nazir süni intellekt və avtomatlaşdırmanın nəzarətsiz inkişafının cəmiyyət və əmək bazarı üçün ciddi problemlər yarada biləcəyi barədə xəbərdarlıq edib.
[video=]
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.