Ərdoğana Nyu-Yorkda qılınc hədiyyə edildi

BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Polşa Prezidenti Karol Navrotski arasında görüş keçirilib.
Türkiyə mətbuatının yaydığı məlumata görə, görüş zamanı Polşa Prezidenti Ərdoğana qılınc hədiyyə edib.
Polşa Prezidentinin Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç bildirib ki, qılınc Ərdoğanın iyul ayında Navrotskiyə hədiyyə etdiyi, üzərində onun adı həkk olunmuş revolverə cavab olaraq təqdim edilib.
O, sosial şəbəkə hesabında yazıb ki, iyul ayında Ankarada keçirilən NATO sammiti zamanı Ərdoğan Polşa Prezidentinə üzərində adı həkk olunmuş revolver hədiyyə edib. Bu dəfə isə Navrotski BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Türkiyə liderinə polyak qılıncı təqdim edib.
Qeyd edək ki, Ərdoğan iyul ayında NATO-nun Ankarada keçirilən sammitinin yekununda bəzi Avropa liderlərinə üzərində adları həkk olunmuş “Gümüşay” markalı revolverlər və döyüş patronları hədiyyə etmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.