AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çin “süni günəş” layihəsində irəliləyiş əldə edib

  • + A
  • - A
  • Bu gün, 10:36

    Çin “süni günəş” layihəsində irəliləyiş əldə edib

    Çində “süni günəş” kimi tanınan nüvə sintezi layihəsində mühüm irəliləyiş əldə olunub.

    Anxoy əyalətinin Xefey şəhərində BEST təcrübə reaktorunun yerləşdiyi tədqiqat şəhərciyi tam təhvil verilib.

    Məlumata görə, layihədə əsas diqqət reaktorun həssas komponentlərinin quraşdırılmasına yönəldilib. CCTV bildirir ki, əsas qurğunun montaj işlərinin yarıdan çoxu artıq başa çatıb.

    Tikinti və quraşdırma prosesinin 2027-ci ilin sonunda tamamlanması, nümayiş sınaqlarının isə 2030-cu ilə yaxın keçirilməsi gözlənilir.

    Nüvə sintezi Günəşin nüvəsində baş verən təbii reaksiyaları təqlid etməklə enerji əldə etməyə imkan verir. Bu texnologiya təhlükəli tullantı yaratmadan böyük həcmdə enerji istehsal etmək potensialına malikdir.

    Layihənin hazırkı mərhələsində mərkəzi vakuum qabı, istilik qalxanı və güclü maqnit sahəsi yaradacaq maqnitlər daxil olmaqla əsas komponentlər dəqiqliklə yerləşdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR