Burun tükləri müdafiə funksiyanı yerinə yetirir, orqanizmə toz və digər ziyanlı maddələrin, mikrobların düşməsinə mexaniki olaraq mane olur.
Bu xüsusilə soyuq fəsillərdə, soyuqdəymə və qrip xəstəliklərinin çoxalması zamanı vacibdir.
Bundan əlavə tüklər buruna müxtəlif allergenlərin düşməsini məhdudlaşdırır. Araşdırmalar göstərir ki, burunda tüklərin çox olması allergiya və hətta astmanın riskini azaldır.
Bir çox insanlar burun tüklərini təmizləyir və bu məqsədlə pinset və mumdan istifadə edir. Burun nahiyyəsi sinir ucları ilə zəngin olduğundan bu prosess çox ağrılıdır.
Tüklərin qoparması müxtəlif fəsadlara səbəb ola bilər. Tüklərin qoparması burunu mikrob, toz və allergenlərə qarşı müdafiəsiz edir ki, bu da infeksiya və allergiyanın riskini artırır.
Qoparılmış tükün yerində əmələ gələn kiçik yaraya burunda olan mikroblar düşə bilər ki, bu da iltihaba və hətta immun sistemi zəif olan insanlarda infeksiyanın qana düşməsinə səbəb ola bilər.
Bütün bunları nəzərə alaraq LOR həkimləri qəti şəkildə burun tüklərini qoparmağı tövsiyə etmir. Tüklər sizi çox narahat edirsə, onarı qayçı ilə bir qədər kəsmək və ya trimmerdən istifadə etmək olar. zdr.ru
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.