Bu suyun reseptini amerikalı həkim Sintiya Sass fikirləşib.
Əvvəllər bu içki "Yastı qarın" pəhrizi zamanı istifadə olunurdu. Daha sonra isə Sassi suyu ayrıca istifadə olunmağa başlandı.
Saglamolun.az bildirir ki, Sassi suyu mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, köpü azaldır, piylərin parçalanmasını sürətləndirir, metabolizmi yaxşılaşdırır, orqanizmi ziyanlı maddələrdən təmizləyir, dərinin və saçların vəziyyətinə çox müsbət təsir edir.
Sassi suyunun reseptini sizə təqdim edirik:
2 l suya nazik doğranmış 1 ədəd limon və 1 ədəd xiyar, 1 çay qaşığı sürtgəcdən keçirilmiş təzə zənçəfil kökü, 5-6 nanə yarpaqları əlavə olunur, yaxşı qarışdırılır və səhərə qədər soyuducuda qalır.
Növbəti gün ərzində bu suyu içmək lazımdır. Axşam yenə Sassi suyu hazırlanır və növbəti gün ərzində içilir. Kurs 1-2 həftə davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.