AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təzyiq dərmanını axşam, yoxsa səhər içməli?

  • + A
  • - A
  • 9-04-2021, 09:20


    Yüksək təzyiqdən əziyyət çəkən xəstələr ömürlük hipertenziya dərmanlarını qəbul etməlidir. Bəzən xəstə dərmanı qəbul edir, amma gün ərzində təzyiqi yenə yüksəlir.

    Həkimlər təzyiq dərmanının qəbul edilmə vaxtının necə təsir etməsini araşdırıb.
    İspan alimləri nəhayət ki, uyğun vaxtı tapıblar.

    Elmi araşdırmada onlar 19 min nəfər könüllü təzyiq xəstəsinə nəzarət ediblər.

    Məlum olub ki, axşam və ya yuxudan əvvəl tablet qəbul edənlərdə gün ərzində təzyiq stabil qalıb.

    Lakin həkimlər nədənsə təzyiq dərmanlarını daha çox səhər yeməyindən sonra yazır.

    Görünür, bu ənənəni pozmaq lazım olacaq və xəstələr bir müddət gecə dərmanı qəbul edib yatmağı sınasalar yaxşı olar. (azmedia.az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR