İyunun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah cənub küləyi əsəcək. Havanın temperaturu gecə 22-26, gündüz 35-39, bəzi yerlərdə 41 dərəcə, Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə olacaq.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 45-55, gündüz 30-35 faiz olacaq.
Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26 dərəcə, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə olacaq.
İyunun 27-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 43 dərəcə, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.