Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev ailə qurmağa hazırlaşır.
News24.az xəbər verir ki, Ərturqut bəyin nişanlısı Aytək Yusifova Ə.Elçibəyin silahdaşlarından olmuş qohumu Mirhadi Yusiflinin qızıdır. Onların “qız toyu” iyulun 22-də Naxçıvanda – Kələki kəndində olacaq.
Ərturqut və Aytək cütlüyünün oğlan toyu isə iyulun 30-da Bakıda gerçəkləşəcək.
Cütlüyün nişan mərasimibir il bundan əvvəl baş tutub. Allah xoşbəxt eləsin!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.