AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabahın havası açıqlandı

  • + A
  • - A
  • 15-08-2021, 13:30



    Azərbaycanda avqustun 16-da gözlənilən hava proqnozu açıqlanıb. 

    Milli Hidrometeorologiya Xidmətindən Azadmedia.az a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-27° isti, gündüz 33-37° isti, Bakıda gecə 25-27 isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi  759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 60-70 %, gündüz 30-35 % olacaq.

    Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək.  Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.

    Tibbi-meteoroloji proqnoz

    Avqustun 16-da  Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

    Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə  şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 20-25°  isti, gündüz 34-39°  isti, dağlarda gecə 15-20° isti, gündüz  24-29° isti olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR