1. Yaşı 18-dən yuxarı olan vətəndaşın ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində, qapalı məkanda göstərilən xidmətlərdən istifadə edə bilməsi üçün onun COVID-19 pasportunu yoxlayan tətbiqdir;
2. Tətbiq vətəndaşların istifadəsi üçün nəzərdə tutulmamışdır;
3. Tətbiq qurum və müəssisələrin icazə.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxslərinin istifadəsi üçündür və icaze.e-gov.az portalından yüklənilə bilir;
4. COVID-19 pasportunu QR kodla yoxlatmaq istəyən vətəndaş pasportun ən son versiyasını təqdim etdiyinə əmin olmalıdır;
5. FİN ilə yoxlama zamanı məlumatların dəqiqliyinin təmin olunması və sürətli keçid üçün vətəndaşların şəxsiyyət vəsiqələrini təqdim etmələri tövsiyə olunur;
6. Tətbiq hər iki vaksin dozasını almış vətəndaşların COVID-19 pasportunu təsdiq edir;
7. Tətbiq vətəndaşların immunitet sertifikatlarını təsdiq edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.