AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xoruldama və onu yaradan səbəblər

  • + A
  • - A
  • 5-09-2021, 10:44


    **Xoruldama bir neçə xəstəliyin əlaməti ola bilər. Bu xəstəliklər həm tənəffüs yollarının, həm ürək-damar sisteminin, həm nevroloji, həm də pulmonoloji xəstəliklərin əlaməti kimi dəyərləndirilir. Xoruldama müddətində orqanizm hipoksiyadan əziyyət çəkir ki, bu da öz növbəsində orqanizmdə baş verən bütün mübadilə proseslərinə izsiz ötüşmür. Nəticə etibari ilə pasiyentlərdə arteriyal təzyiq problemləri, mübadilə pozulması nəticəsində meydana gələn şəkərli diabet, nevroz kimi problemlərə yol aça bilir. Xoruldama üst tənəffüs yolları orqanlarının yumşaq toxumalarında vibrator hərəkət nəticəsində meydana gələn akustik təzahürdür.
    **Xoruldamaya səbəb olan xəstəliyə görə müalicə yöntəmləri müxtəlifdir. Lakin bu xəstəliklərin arasında burun və boğaz xəstəlikləri olduqca mühüm yer tutur. Qulaq, burun, boğaz xəstəliklərindən burun arakəsməsinin əyriliyi, burun boşluğunda yeni törəmələr, damaq badamcıqlarının böyük olması, yumşaq damağın dar və qısa olması kimi səbəbləri xüsusilə göstərmək lazımdır. Tənəffüs yollarının darlığına səbəb olmuş burun və boğaz xəstəliklərinin böyük əksəriyyəti cərrahi yolla aradan qaldırılır. Lakin nevroloji, pulmonoloji xəstəliklər var ki, bunlar dərmanla müalicə olunur. Nisbətən daha az rastlanan mərkəzi mənşəli yuxu apnesinin müalicəsi xüsusi aparatlar vasitəsi ilə həyata keçirilir. Xoruldamanın müasir səbəblərindən biri artıq çəkidir. Bunun müalicəsi ilə endokrinoloqlar və bəzi hallarda isə bariyatrik cərrahlar məşğul olur.
    **Xoruldama yuxu apnesinin əsas əlamətlərindən biridir. Kişilərdə daha çox rastlanan bu xəstəlik olduqca təhlükəlidir. Yuxu apnesi gecə yuxusu müddətində qəfləti ölüm səbəblərindən ən yayğınıdır.
    **İnsan xoruldamasının mövcudluğunu səhərlər yuxudan oyananda boğazda, ağızda quruluq hissi kimi şikayətlə müəyyən edə bilər. Yuxu apnesindən əziyyət çəkən pasiyentdə müayinə zamanı dilçəyin uzandığı, qansızmaların olduğu geniş müşahidə olunan hallardandır.
    **Artıq çəkili, ürək xəstəlikləri mövcud, tütün aludəçisi olan yuxu apneli pasiyentlərdə gecə yuxusu müddətində qəfləti ölüm riski olduqca yüksəkdir. Yuxu apneli pasiyentlərin həyat komfortu olduqca aşağıdır və bu səbəbdən müalicələri mütləqdir.
    **Azyaşlılarda xoruldamanın ən çox rastlanan səbəbləri kimi burun-udlaq badamcığı və ya adenoidin böyüməsi, xroniki adenoidit, burun arakəsməsinin əyriliyi, rinitləri göstərmək olar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR