Dövlət Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Rabitə Komitəsinin rəhbəri Aleksandr Xinşteyn parlamentin aşağı palatasına dövlət qurumlarına sosial şəbəkələrdə rəsmi səhifələrin saxlanması və ən son məlumatları dərc etmək öhdəliyinin verilməsini təklif edən qanun layihəsi təqdim edib. Bu barədə TASS məlumat yayıb.
Xinşteynin sözlərinə görə, bu təşəbbüs insanların federal səviyyədən tutmuş bələdiyyə səviyyələrinə qədər hakimiyyət orqanları ilə birbaşa əlaqə qura biləcəyini nəzərdə tutur. Deputat hesab edir ki, bu, “cəmiyyətdəki ağrı nöqtələrini” tez bir zamanda müəyyən etməyə imkan verəcək.
Həmçinin qanun layihəsində “İnformasiya, informasiya texnologiyaları və informasiyanın mühafizəsi haqqında” qanuna dövlət orqanının “rəsmi səhifəsi” anlayışının daxil edilməsi təklif edilir. Xinşteyn bildirib ki, bu gün sosial şəbəkələrdə belə publikaların sayı 55 milyona çatıb.
Qanun layihəsinə izahat yazısında deyilir ki, Rəqəmsal İnkişaf Nazirliyi dövlət xidmətləri portalı əsasında dövlət orqanlarına avtomatik olaraq sosial şəbəkələrdə məlumatları idarə etməyə, dərc etməyə və redaktə etməyə imkan verəcək müvafiq funksionallıq hazırlayacaq.
Tərcümə etdi: Elnurə
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.