Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Tokat Hava Limanının və tikintisi başa çatan digər obyektlərin açılış mərasimi üçün səfər etdiyi Tokat bölgəsində yerli fermerlərlə görüşüb.
Bal haqqında söz düşmüşkən, Ərdoğan da öz tövsiyəsini verib. O, özünəməxsus sağlamlıq reseptini bölüşüb.
“Hər axşam yatmazdan əvvəl 3-5 ədəd Mədinə xurmasını camış qatığına doğrayır, üzərinə şabalıd balı və yulaf əzməsi əlavə edib qarışdıraraq yeyib yatıram”, - deyə dövlət başçısı bildirib.
O, bu qarışımın əsl şəfa mənbəyi olduğunu da vurğulayıb.
Mənbə: “Haber Global”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.