AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əfsanəvi təyyarədaşıyan gəmidə xidmət edənlər onun muzeyə çevrilməsini istəyirlər

  • + A
  • - A
  • 31-03-2022, 12:45

    Əfsanəvi təyyarədaşıyan gəmidə xidmət edənlər onun muzeyə çevrilməsini istəyirlər

    2009-cu ildə "təqaüdə çıxan" və o vaxtdan bəri Vaşinqtonun limanlarından birində dayanan "Kitty Hawk" təyyarədaşıyan gəmisi doğranmaq üçün Texasa son səfərinə hazırlaşır.

    “Seanews.az” xəbər verir ki, nəhəngliyinə görə dar Panama kanalından keçə bilməyən gəmi Texasa çatmazdan əvvəl Cənubi Amerika ətrafında 16.000 millik dövrə vurmalı olacaq.

    Öz sinfinin ilk təyyarədaşıyıcılarından biri olan "Kitty Hawk" gəmisinin tikintisinə 1961-ci ildə başlanmışdı. Bütün Sakit Okean akvatoriyasında fəaliyyət göstərən gəmi Vyetnama altı səfər etmiş və İraq müharibəsinin iştirakçısı olmuşdur.

    Bu illər ərzində təyyarədaşıyan gəmidə xidmət etmiş 280.000 dənizçinin əksəriyyəti onun təkrar emal üçün doğranmasını istəmir. Onlar seçkili və rəsmi orqanlara müraciətlərində gəmidə muzey yaratmağı xahiş edir və onu Uilminqton şəhərində xatirə muzeyinə çevrilən “Şimali Karolina” döyüş gəmisinin yanında qoymağı təklif edirlər.

    "Kitty Hawk"-in son səfəri uzun çəkəcək və veteranlar ümid edirlər ki, donanmanın komandanlığı bu müddət ərzində fikrini dəyişəcək və təyyarədaşıyan gəmini “mülki xidmətə” keçirəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR