AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Uçan otel layihəsi hazırlandı

  • + A
  • - A
  • 27-06-2022, 20:40

    Uçan otel layihəsi hazırlandı


    Yəmənli biotexnoloq və elm kommunikatoru Haşim əl-Qali “Sky Cruise” adlandırdığı uçan otel oteli üçün layihə hazırlayıb.

    Bu barədə “Daily Star” məlumat yayıb.

    Otel nüvə enerjisi ilə fəaliyyət göstərəcək, bunun sayəsində daim havada ola biləcək. Qonaqlar ona adi təyyarələrdə çatacaqlar, bunun üçün uçan otelin öz aerodromu olacaq. Eyni zamanda, əl-Qali konsepsiyası çərçivəsində süni intellekt təyyarəni birbaşa idarə edəcək, pilotlar isə yalnız onun effektiv fəaliyyətinə nəzarət edəcəklər.

    Ehtimal olunur ki, buludlara baxan lüks otelin göyərtəsində eyni vaxtda 5000-ə qədər qonaq yaşaya bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR