AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə Hülaku xanın möhtəşəm sarayının qalıqları tapılıb

  • + A
  • - A
  • 25-07-2022, 08:23

    Türkiyədə Hülaku xanın möhtəşəm sarayının qalıqları tapılıb

    Türkiyənin Van şəhərində Çingiz xanın nəvəsi Hülaku xanın möhtəşəm sarayının qalıqları tapılıb.

    "Haber Global" xəbər verir ki, qazıntı işləri Monqolustan və Türkiyədən olan arxeoloqlar tərəfindən aparılıb.

    Monqolustan Elmlər Akademiyasının arxeoloqlar qrupu sarayın Elxanilər dövrünə aid olduğunu ehtimal edir.

    Bəzi ekspertlər isə sarayın daha əvvəlki dövrə aid olduğunu bildirirlər.

    Qazıntı zamanı dam kirəmitləri, kərpic, üçrəngli keramika qabları və çini qalıqları aşkar edilib. Kirəmitlərin üzərində olan işarələr sarayın məhz Hülaku xana olduğunu deməyə əsas verir.

    Hülaku Xan 13-cü əsrdə Yaxın Şərqdə hərbi ekspedisiyalara rəhbərlik edən monqol lideri olub. O, 1258-ci ildə Bağdadın talan edilməsi, Beytül-Hikmət kimi tanınan şəhərdəki böyük kitabxananın dağıdılması və bölgə rəhbəri Xəlifə Müstəsimin edam edilməsi ilə nəticələnən monqol yürüşləri ilə tanınır. Report


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR