Fotojurnalist Kevin Karter Sudanda baş verən böyük aclıq anlarının çəkilişləri zamanı aclıqdan ölmək ərəfəsində olan bir körpənin şəklini çəkməyə hazırlaşarkən körpənin yaxınlığına bir leş yeyən qartalın endiyini müşahidə edir və həmin anda acından öləcək körpənin leş yeyənlə birlikdə şəklini çəkir.
The New York Times-a satılan fotoşəkil çap edildi və bütün dünyada yayımlandı. Qəzetlə əlaqə saxlayan minlərlə insan körpənin sonrakı taleyini soruşur. Qəzet redaksiyası balaca qızcığazın sonrakı aqibətinin məlum olmadığını bildirdi.
Kevin Karter (Leş yeyən və kiçik qız) “The Vulture and the Little Girl” fotosuna görə dünyada məşhurlaşır və “Pulitser mükafatı”na layiq görülür.
-Kimsə, telefonla Karterə zəng edərək sual edir: Axırda balaca qızcığaza nə oldu?
-Karter cavab verir: Uçuşa tələsdiyim üçün bilmədim.
-Adam təkrar sual edir: Orada neçə leş yeyən var idi?
-Karter cavab verir: Yalnız bir.
Adam yenə də sual verir: Əminsən ki, səndən sonra o leş yeyən acından yıxılıb qalan balaca qızı didib parçalamayıb?
-Karter cavab verir: Bu haqda heçnə deyə bilmərəm. Çünki, mən şəkli çəkdikdən sonra oranı tərk etdim.
Adam qətiyyətlə deyir: Orada iki leş yeyən var idi. Biri real, digəri kamera ilə...
Karter, Pulitser mükafatını qazandıqdan 3 ay sonra intihar edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.