Monteneqro maraqlı yarışa ev sahibliyi edir.
Avropa dövləti “Ölkənin ən tənbəl adamını” axtarır. Nikşiç şəhəri yaxınlığındakı Brezna etnokəndində 11-ci dəfə keçirilən müsabiqə ölkənin ən tənbəl vətəndaşını axtarır.
Belə ki, “tənbəllik yarışı”nda tualet ehtiyacından başqa yataqdan qalxanlar sıradan çıxarılır. Müsabiqə iştirakçılarının etməli olduğu tək şey uzanmaqdır. Ayağa qalxmamaq şərti ilə yatmaq, yemək, içmək və telefondan istifadə etmək icazəlidir.
Ən uzun müddət ayağa qalxmadan uzanan iştirakçını 564 AZN mükafat gözləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.