AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İnsult və onu yaradan səbəblər

  • + A
  • - A
  • 25-08-2022, 20:29

    İnsult və onu yaradan səbəblər

    İnsult - beyin qan dövranının kəskin pozulmasıdır. İnsultun iki tipi fərqləndirilir: işemik və hemorragik. İşemik insult - qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı zədələnməsindən əmələ gələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində hətta ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur. Hemorragik insult - serebral arteriyanın travmatik genezli olmayan partlaması və qanın kəllə boşluğuna axması nəticəsində beyin qan dövranının kəskin pozulmasıdır. Yaşlı əhali arasında əlilliyin aparıcı səbəbi və ölümün əsas səbəblərindən biri olan insult əvvəlki kimi səhiyyənin əsas problemlərindən biri olaraq qalmaqdadır.

    İnsult ehtimalını artıran amillər - risk faktorları:
    - yaş faktoru (45-60 və daha artıq yaş);
    - irsiyyət (yaxın qohumlarda insult halları);
    - hipertoniya xəstəliyi;
    - siqarət çəkmə;
    - alkoqol içkilərə meyllilik;
    - piylənmə;
    - xolesterinin yüksək səviyyəsi, ateroskleroz (damarların xolesterinlə ”zədələnməsi”);
    - şəkərli diabet;
    - ürək-damar xəstəlikləri;
    - fiziki fəallığın az olması.

    Bu amillərdən hər hansı biri Sizdə mövcuddursa, məsləhət üçün hökmən həkimə müraciət edin.

    İnsultun ilk simpromları:

    Bədənin hər hansısa bir hissəsində - sifət, əl və ayaqda əzələ zəifliyinin əmələ gəlməsi
    Qəfildən görmənin zəifləməsi və ya tamamilə yox olması
    Danışma qabiliyyətinin pozulması
    Baş gicəllənmədən,ayağadura bilməməkdən şikayətlər
    Qəfildən güclü başağrısı başlaması
    Arterial təzyiqin düşməsi
    Xəstənin sifəti qırmızı rəngə çalır, əlləri əsir, nəfəsalma çətinləşir, hərarət yüksəlir
    Udma qabiliyyətinin pozulması
    Qıcolma tutmaları
    Şüur pozulması
    İnsultun profilaktikası
    Əgər arterial təzyiq varsa, gündə ən azı 2 dəfə onu yoxlatmalısız. Yağlı yeməkləri az yemək, duzun miqdarını azaltmaq, çəkini qaydada saxlamaq lazımdır.
    İnsanlar özlərinə sakitləşdirici hobbi tapsalar yaxşı olardı: krossvord etməyə, əsərlər yazmağa, güllər əkməyə həvəs göstərsinlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR