Görədildə zəbt olunan tarixi binanın ərazisi bərpa edilib.
Şəkildə gördüyünüz bu abidə Binəqədi rayon Goradil bağlar massivində yerləşən Inv. nömrəsi 4012 olan tarixi Məhəmməd Həsən hamamıdır. Bu abidənin arxa hissəsi boyunca olan ərazini vətəndaş 10 il olar ki öz həyətyanı sahəsinə birləşdirmişdi. 2020-ci il noyabr ayından Dövlət Xidməti tarixi abidənin qanunsuz zəbt edilməsi ilə bağlı probemin həlli üçün vətəndaşla hüquq müstəvisində danışıqlar aparıb.
Azadmedia az xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sözçüsü Nuridə Allahyarova məlumat verib Nuridə xanım qeyd edib ki, uzun sürən danışıqlardan sonra, vətəndaş ona vaxt verməyimizi xahiş edib.
Nəhayət oktyabrın 5-də hamamın divarına birləşdirilən uzunluğu 16 m., hündürlüyü 3 m. olan hasar sökülüb.
Zəbt olunan ərazi bərpa edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.