AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Artıq çəki yığmamaq üçün bəzi hiylələr

  • + A
  • - A
  • 7-10-2022, 08:38

    Artıq çəki yığmamaq üçün bəzi hiylələr

    Alimlərin fikirinə görə, 2025-ci ilə kimi dünyada yaşayan 40% kişilərin və 50% qadınların çəkisi normadan çox-çox artıq olacaq.

    Həmçinin mütəxəssislərin müşahidələrinə görə, hər il dünyada artıq çəkisi olan uşaqların sayı təxminən 7% artır. Bu çox təhlükəli statistikadır. Artıq çəki bir çox xəstəliklərin və pozulmaların inkişafına təkan verir. Bu səbəbdən müxtəlif ölkələrdə yaşayan alimlər və həkimlər bu problemin həlli yolunu axtarırlar.
    Amerika Kornell Universitetinin professoru Brayan Uonsink 30 il ərzində artıq çəkisi olan insanların davranış xüsusiyyətlərini öyrənirdi və belə qərara gəldi ki, artıq çəkinin yığılmasının əsas səbəblərindən biri "gizli qarınqululuq"dur. Bu o deməkdir ki, insan gün ərzində əsas qida qəbullarında əlavə planlaşdırmamış qidaları (peçenye, konfet, çipsi, buterbrodlar, şirələr, qazlı içkilər, qəhvə və s.) qəbul edir ki, nəticədə bu da artıq çəkinin yığılmasına səbəb olur.

    Professor "gizli kalorilərlə" mübarizə etmək üçün bu kimi tövsiyələr edir:

    1. Bizim beynimiz əsl "qarınquludur". Biz kolbasa, şirniyyatlar, bulka, pirojki, pirojna və s. bu kimi qidaları görəndə, onları mədəmizlə deyil, beyinimizlə istəməyə başlayır. Bu səbəbdən belə qidaları görünən yerlərdə qoymayın və ən yaxşısı budur ki, belə qidaları ümumiyyətlə almayın. Görünən yerlərdə meyvə, su qoya bilərsiniz.

    2. Stress vəziyyətində olan insan daha çox qida qəbul edir. Bu səbəbdən stress vəziyyətdə olduqda qidadan uzaq olun. Əks halda siz hiss etmədən çoxlu miqdarda qida qəbul edəcəksiniz. Stresdən çıxmanın ən yaxşı yolu fiziki tərbiyə və idmandır. Həm stresin orqanizmə olan mənfi təsiri azalır, həm də kalorilər sərf edilir.

    3. Evdə hazır qidaları (kolbasa, sosis, peçenye və s.) saxlamayın. Bu qidalar əlçatandır, onlar əlavə bişirilmə və s. tələb etmir və bu səbəbdən aclığın ilk əlamətlərində biz dərhal onlara əl atırıq. Lakin meyvə, tərəvəzlər evinizdə daim olmalıdır.

    4. Ayaqüstü, tələsik qida qəbul etməyin. Bu halda siz lazım olandan daha çox qida qəbul edəcəksiniz. Araşdırmalar nəticəsində məlum oldu ki, insanın mədəsi qida qəbul etməyə başladıqdan təxminən 20 dəqiqə sonra qəbul olunmuş qidaya reaksiya verməyə başlayır. Bu səbəbdən qida qəbul etdikdə tələsməyin, hər tikəni yavaş-yavaş çeynəyin. Bununla siz həm mədə-bağırsaq sisteminin sağlamlığını qoruya bilərsiniz, həm də daha az qida qəbul edəcəksiniz.

    5. Qida qəbul edəndə danışmayın, televizora baxmayın, qəzet oxumayın. Fikirinizi qidanın qəbuluna yönəldin. Bu halda siz daha az qida qəbul edəcəksiniz.


    5. Televizora baxdıqda, kompüterdə işlədikdə qida qəbul etməyin. Bu zaman insanın başı qarışır və o, qəbul olunmuş qidaya nəzarət edə bilmir. Belə vərdişlər artıq çəkinin yığılmasının əsas səbəbidir.

    6. Artıq çəki yığmaq istəmirsinizsə, axşam 23.00-dan gec olmayaraq yatmağa gedin.

    Saglamolun.Az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR