75 yaşlı Salman Rüşdidən xəbər var.
Azadmedia.az CNN-ə istinadən xəbər verir ki, avqustun 12-də Nyu-Yorkda İnstitutların birində planlaşdırılan mühazirəsindən əvvəl bir neçə bıçaq zərbəsinə məruz qaldıqdan sonra təcili əməliyyat olunan Rüşdi bir gözünü itirib.
Həkimlərin bildirdiyinə görə boynundan üç ciddi yara alan Salman Rüşdinin qolunun sinirləri kəsildiyi üçün bir əli işləmir. Onun döş qəfəsində və gövdəsində daha 15-ə yaxın yara var. Bu, hücumun xüsusi amansızlıqla olmasından, qətlə hesablanmasından xəbər verir.
Rüşdinin hələ də xəstəxanada olub-olmadığını söyləməkdən imtina edən müsahibin açıqlamasına görə, ən önəmlisi yazıçının yaşaması idi.
Xatırladaq ki, "Şeytan ayələri" romanına görə 1980-ci illərdə İran liderinin ölüm təhdidləri ilə üzləşən Rüşdi illər sonra Nyu-Yorkun qərbində mühazirə oxumağa hazırlaşarkən səhnəyə qaçan bir şəxs tərəfindən boynundan və qarnından bıçaqlanıb.
Tərcümə etdi:Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.