AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Keçmiş sevgilisini unutmayan bürclər - Onlar sizi hələ də sevir

  • + A
  • - A
  • 6-11-2022, 14:40

    Keçmiş sevgilisini unutmayan bürclər - Onlar sizi hələ də sevir

    Əvvəlki münasibətlərini asanlıqla unudan və dərhal yeni həyatına davam edə bilən insanlarla yanaşı, keçmişlə bağlı çətinlik çəkənlər də kifayət qədərdir. Bu insanlar köhnə əlaqələrini unuda bilmədiklərinə görə sevgi əzabına məhkum olurlar.

    Bu dəfə astrologiyanın keçmişə bağlı olan bürclərini təqdim edirik.

    Balıqlar bürcü – Onlar köhnə sevgililərini və xatirələrini asanlıqla unuda bilmirlər. Bu bürcün nümayəndələri çox emosionaldır və bu, onlar üçün bəzən təhlükə yaradır. Xüsusilə özlərini günahkar hiss etdikdə sevgililəri ilə yenidən təmasa keçə, onların ömrünü zindana çevirə bilərlər.

    Xərçəng bürcü – Küsəyən və həssas olurlar. Keçmişlərini buraxmaq üçün çox mübarizə aparırlar. Münasibətlərində emosional tərəflərini gizlətsələr də, tərəfdaşlarına bağlıdırlar. Ayrılsalar belə onlar ağrı çəkirlər və təəssüf ki, keçmiş sevgilisini hələ də sevirlər - hətta həmin şəxs onları tərk etsə belə...

    Şir bürcü - Nə qədər inamlı və təkəbbürlü görünsələr də, bu bürc ayrılıq yaşayanda depressiyaya düşür. Onlar köhnə sevgililərini unutmaqda çətinlik çəkirlər, bütün həyatları bir anda pis ola bilər. Lakin şir bürcünün nümayəndələri sevgi əzabını heç vaxt göstərmək istəmirlər. Onlar bunu yalnız ən yaxın dostları ilə paylaşırlar.

    Əqrəb bürcü - Münasibətdə olduqları şəxslərə dərin yaxınlıq və bağlılıq hiss edirlər. Onlar uzunmüddətli əlaqələri çox sevirlər. Ayrılan zaman isə depressiyaya düşürlər. Üzlərində ümidsizlik və kədər asanlıqla görünür. Onlar üçün təslim olmaq çox çətindir.

    Qoç, Buğa, Əkizlər, Qız, Tərəzi, Oxatan, Oğlaq və Dolça bürcləri isə keçmiş münasibətlərini unudaraq çox asanlıqla öz həyatlarına qayıda bilirlər.sfera


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR