AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bayram günlərində retro vaqonlar nümayiş olunur

  • + A
  • - A
  • 6-11-2022, 15:44

    Bayram günlərində retro vaqonlar nümayiş olunur

    “A”,”Q”,”E” tipli vaqon eksponatlar
    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və Şanlı ordumuzun şücaəti sayəsində düşmən tapdağı altında olan torpaqlarımızın azad edilməsi - Zəfər Günü və Bakı metrosunun yaranmasının 55 illik yubileyi münasibətilə metropolitenin əsas muzey eksponatlarından olan retro vaqonlar “İçərişəhər” stansiyasında nümayiş etdirilir.
    “A” tipli vaqon: Keçmiş SSRİ-nin ilk metro qatarının tərkib hissəsi olan bu vaqonlar 1934-cü ilin sonunda istehsal edilib. Həmin vaqonlarda oturmaq üçün 52, ayaq üstə dayanmaq üçün 120 yer var. Bu vaqon Bakı metropoliteni xətlərində sərnişin daşımasa da, dizaynı, maşinist kabinası, işıqlanma sistemi, oturacaqları və digər elementləri ilə diqqəti çəkir.
    “Q” tipli vaqon: 1950-ci illərin istehsalı olan bu vaqonların sonuncusu postsovet məkanında 1983-cü ildə xətdən çıxarılıb. Lakin Bakı metropoliteni istismara verilərkən artıq istehsalı dayandırılmışdı və bu səbəbdən Bakıda sərnişindaşıma prosesinə cəlb olunmayıb.
    Hər iki vaqon 1960-cı illərin sonunda yolölçən vaqonun tərkib hissəsi kimi Bakı metropoliteni üçün ayrılıb və 2015-ci ilə qədər xətlərdə yolların, həmçinin digər texniki parametrlərin ölçülməsi, tunellərin yoxlanılması məqsədilə istifadə olunub. 2015-ci ildə Bakı metropoliteninin təqdim etdiyi layihə əsasında Rusiyanın TVEMA şirkəti ilə birlikdə unikal diaqnostika kompleksi qurularaq istifadəyə verildikdən sonra bu vaqonların orijinal görkəmində bərpa olunaraq saxlanılması qərara alınıb.
    “E” tipli vaqon: 1959-cu ilin sonlarından istehsal olunmağa başlayan bu tipli vaqonlar Sovet İttifaqı dövründə beş şəhərin - Moskva, Leninqrad (Sankt-Peterburq), Kiyev, Bakı və Tbilisinin metropolitenlərinə göndərilirdi. O zaman Bakıya “E” tipli 47 ədəd vaqon çatdırılmışdı. 1980-ci illərdən isə xəttə buraxılmaq üçün yalnız 81-717/714 tipli vaqonlardan ibarət qatarlar alınıb.
    Stansiyada nümayiş olunan bu vaqonların sonuncusu 2011-ci ildə istismardan çıxarılsa da, metro sərnişinlərinin daha yaşlı nəsilləri üçün bu vaqonlar gənclik dövrlərinin xatirələrini canlandırır. Şəhərimizin qonaqları, metronun bütün sərnişinləri noyabrın 6-dan 9-dək dörd gün “İçərişəhər” stansiyasında bu vaqonlarla tanış ola, xatirə şəkilləri çəkdirə bilərlər.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR