Bir çox qadınlar hamiləlikdən qorunmaq üçün uşaqlıq daxili spiraldan istifadə edir. Spiral taxdıran qadınlarda hamiləliyin baş verməsi çox nadir hallarda müşahidə olunur. Mis spirallardan istifadə edildikdə hamiləliyin əmələ gəlmə ehtimalı il ərzində 1000-də 8 şansadək təşkil edir. Hormonlu spirallardan istifadə etdikdə hamilə qalmaq ehtimalı il ərzində 1000-də 1 şansadək azalır. Qeyd edək ki, belə halların yarısında spiraldan istifadə edən qadınlarda əmələ gəlmiş hamiləlik uşaqsalma ilə nəticələnir.
Spiral yerini dəyişdikdə və ya uşaqlıqdan düşdükdə hamiləliyin əmələ gəlmə riski əhəmiyyətli dərəcədə yüksəlir. Bu xüsusən aybaşılardan sonra spiralın uşaqlıq boşluğundan qopmuş toxumalar ilə birlikdə tullanması zamanı tez-tez baş verə bilər. Bununla əlaqədar olaraq, spiraldan istifadə edən bütün qadınlara uşaqlıq yolunun dərinliyində spiralın bığcıqlarını əl ilə yoxlayaraq ayda ən azı bir dəfə onun uşaqlıqda olmasını yoxlamaq tövsiyə olunur. Əgər əvvələr siz spiralın bığcıqlarını yaxşı hiss edirdinizsə, indi isə onları daha tapa bilmirsinizsə – ginekoloqa müraciət edin, çünki ola bilər ki, spiral düşüb və siz bunu hiss etməmisiniz. Azadmedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.