AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Günün qoroskopu: durumun gərginləşdiyi məsələləri diqqətlə müşahidə edin

  • + A
  • - A
  • 13-03-2023, 08:09

    Günün qoroskopu: durumun gərginləşdiyi məsələləri diqqətlə müşahidə edin


    Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik

    Qoç - gərginlik sizi bir işi yarımçıq qoyub başqasına başlamağa vadar etməsin. Yaxın ətrafınızdakı insanlardan biri nüfuzundan yararlanaraq sizə təzyiq etmək istəyəcək. Situasiyalar təhlükəlidir. Qalmaqal, münaqişə, anlaşmaların pozulması, müqavilənin ləğv olunması, münasibətlərin kəsilməsi istisna deyil.

    Buğa - təhlükəsizlik və maraqlarınızın qeydinə qalın. Əldə edilmiş nəticəni hifz etmək üçün təmkinli və səbrli olun. İmkandan yararlanmağa başladığınızı hiss etsəniz, yarı yolda dayanmayın. Emosiyaların özbaşına olaraq sakitləşəcəyini düşünməyin. Qəfil hadisə ilə qarşılaşa bilərsiniz. Şərtlər dəyişir. Planları dəyişməyə hazırlaşın, yeniliklərdən çəkinməyin. Yaxın perspektivdəki işlərin bünövrəsi indi qoyulur.

    Əkizlər - hisslərin xüsusilə gərildiyi, prioritetlərin dəyişdiyi, həqiqətləri söyləmə ehtiyacın duyulduğu zamandır. Yaşanan olaylar situsiyanı pis və ya yaxşı yönə dəyişə bilər. Aldanmaq istəmirsinizsə, görülməmiş işi görülmüş hesab etməyin. Konkret məsələdə müəyyənlik əldə etmək, gələcəklə bağlı nələrə bel bağlamağın aydın olduğu vaxtdır.

    Xərçəng - nisbətən zəif mövqelərinizi anlamağa, həmin istiqamətdə az sonra nələrin baş verə biləcəyini təxminləməyə çalışın. Biznesdəki tərəfdaş, iş yoldaşı və qohumlar arasıda inadkarlıq nümayişi ilə qarşılaşacaqsınız. Bununla belə, kompromis yolu seçin, mühüm məsələlərlə bağlı anlaşma əldə edin və yaxın günlərdə dəstəyi təmin edin.

    Şir - gərgin situasiyaların həllini tapdığı gündür. Yarımçıq qalan işləri başa vurun, alınan informasiyanı təhlil edin. Görüş və təmaslarda hövsələsiz, səbirsiz davranmayın. Tələsik qərarlar, düşünülməmiş addımlar, emosional açıqlamalar yalnız zərər verə bilər. Sonrakı peşmançılıq hissini yaşamamaq üçün davranış və sözlərinizə diqqət edin, neytral mövzuya keçin. Nə isə mane olursa, ondan qurtulun. Təəssüflənməyin, əks halda irəliləyiş olmayacaq.

    Qız - yaxın gələcəklə bağlı hədəf və məqsədlərin müəyyənləşdirilməsi sərt rəqabət şəraitində baş verəcək. İntuisiyanızın xəbərdarlıqlarına həssas olun, yaxın vaxtlarda fəaliyyət istiqamətini dəyişə biləcək hadisələrin təmayülünü anlamağa çalışın. İşdə, tərəfdaş münasibətlərində, əmədkaşlıq məsələlərində yeniliklər gözlənilir.

    Tərəzi - fəal çalışıb işlərin tam əksəriyyətini bitirmək imkanı var. Yaxın ətrafınızdakı insanlardan nə isə tələb edənə qədər həmin işi özünüz bitirin. Bel bağladığınız insanların başqa planları ola bilər. Gərəksiz, emosional təmaslara ehtiyac yoxdur. Səhhət və təhlükəsizliyinizin qeydinə qalın. Ehtiyatlı olun.

    Əqrəb - münasibətlərdəki təmayülləri diqqətlə izləyin, gərginliyin yarandığı müstəvini nəzərdən qaçırmayın. Münaqişələrin qarşısını alın, öz təhlükəsizliyiniz və yaxınlarınızın əmin-amanlığının təminatına nail olun. Tərəfdaş münasibətlərində çevriliş baş verə bilər. Yeniliyin ciddilik və önəm səviyyəsi əvvəllər yaranmış şəraitin formatından asılı olacaq.

    Oxatan - fəaliyyətiniz buna rəvac verə bilər. Fəaliyyətiniz və planlarınız indi gözlənilməz situasiyalar, dəyişikliklərlə sınağa çəkilir. Yaşamınıza daxil olan nəsnənin qarşısını almayın. Təxirə salınmış işi başa vurmaq, perspektivləri müəyyənləşdirmək şansı var. Şəxsi münasibətlər üçün unikal məqamdır. Fikir və ümidlərinizin bağlı olduğu insanla əlaqəni itirməyin.

    Oğlaq - durumun gərginləşdiyi məsələləri diqqətlə müşahidə edin. Narahat olmayın, ayın problemli günlərindən biri yaşanır. İnadkarlıq etməmək, geri çəkilmək də olar. Yaşam və fəaliyyət məkanınızın gərəksiz nəsnələrdən təmizlənməsi üçün əlverişli vaxtdır.

    Dolça - impulsiv qərarlar qəbul etməyin. Yeni mövzu, yeni araşdırma və ya maraq yarana bilər. Səfərdə və yolda ehtiyatlı olun. Evdə təmiri təxirə salın. Məişət texnikası almaq üçün uğursuz gündür.

    Balıqlar - tələskənlik və vurnuxma günüdür. Qəza riski olduğundan, yollarda ehtiyatlı və sayıq davranın. Ətrafınızdakı insanlarla münasibətlərdə gərginlik hiss oluna bilər. Önəmli məqamlara və ya hadisələrə yenidən nəzər salmağa imkan verən situasiya yaranır. Sürprizə, qəfil hadisəyə, etirafa, yaşam sirrinizin faş olmasına hazırlaşın. Əyləncə naminə hansısa hadisənin inkişafını sürətləndirməyin


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR