Elə bilirsiz cəhalət təkcə İslamda var...
3 min illik tarixi olan bu yəhudi məzarlığı Qüdsdə Zeytun dağında yerləşir. Qəbiristanlıqda 150 min məzar var. Burada çox məşhur insanların, dini liderlərin və s. insanların məzarları var. İnanclara görə İsa Məsih yer üzünə qayıdarkən bu dağda olacaq. Məzarlığın önəmi də bundan irəli gəlir.
İnsanlar inanırlar ki, ölulərin dirilməsi Zeytun dağındakı bu yerdən başlayacaq. Zəkəriyyə peyğəmbərinin sözlərinə görə, dünyanın sonu gəldikdən sonra Məsih Zeytun dağında qalacaq və Yezekelin borusunun ilk səsləri ölüləri diriltməyə başlayacaq.Ona görə də varlılar, məşhurlar, dünya ulduzlar bu bahalı yerdən məzar üçün torpaq satın alırlar. Qiymətlər 30 min dollar, 170 min dollar və daha yüksək ola bilər.
Yəhudilər burda da birinci olmaq istəyirlər. Elə hesab edirlər ki, onlar ilk olaraq dirilməlidilər. Cəhalət hər bir dini düzgün anlamamaqdan başlayır....
Dosent Zaur Əliyev
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.