AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ömürlük həbsə məhkum olunmuş dahi 27 illik həbsdən sonra öldü

  • + A
  • - A
  • 11-06-2023, 13:14

    Ömürlük həbsə məhkum olunmuş dahi 27 illik həbsdən sonra öldü

    Teodor Kaçinski uşaqlıqdan riyaziyyat sahəsində xüsusi istedadı ilə seçilib. 16 yaşında Harvard universitetinə daxil olub. Bakalavr və doktorluq dərəcəsi alıb. Onun doktorluq dissertasiyasını şərh edən alimlərdən biri "ölkədə bu işi qavrayacaq 10-12 adam var" söyləyib.

    25 yaşında Kaliforniya universitetində dərs deməyə başlayıb. 2 il sonra işini tərk edərək təbiətin qoynunda, elektrik və su təchizatı olmayan daxmada tənha həyat sürməyə başlayıb.

    Evinin yanından avtomobil xəttinin çəkilməsindən əsəbləşən Ted 1978-1995-ci illərdə 16 bombalı məktub göndərib.

    Əsasən universitetlərə və aviaşirkətlər göndərdiyindən Federal Təhqiqat Bürosu (FBI) naməlum bombaçıya Unabom, jurnalistlər də Unabomber adını verirlər (University and airline bomber). Göndərilən bombalar nəticəsində 3 nəfər həlak olub, 23 nəfər yaralanır.

    FBI Unabomberi tapmaq üçün milyonlarla pul xərcləyib, amma uğur qazana bilməyib.

    Ted Kacinski 1995-ci ilin aprelində “New York Times” qəzetinə özünün “Sənaye cəmiyyəti və onun gələcəyi” adlı yazısını (jurnalistlər “Unabomberin manifesti” adlandırırlar) göndərir və bildirir ki, əgər yazısı çap olunsa, daha bomba hazırlamayacaq. FBI manifestin çap olunmasına razılıq verir. Həmin yazıda Kaçinski müasir texnologiyalar cəmiyyətinin insan azadlığını məhdudlaşdırdığını qeyd edir.

    Manifestin çap olunmasından sonra David Kaçinski yazının öz qardaşı Teodorun tərzinə oxşaması barədə FBI-ı xəbərdar edir. Nəticədə Unabomber 1996-cı ilin aprelində həbs olunur və vaxtından əvvəl azadlığa çıxmaq hüququ olmadan 8 ömürlük həbs cəzasına məhkum edilir.

    Cəzasını Kolorado ştatında yerləşən “ADX Florence” maksimum təhlükəsiz həbsxanada çəkən Teodor Kaçinski dünən 81 yaşında vəfat edib.

    P. S. İyunun 5-də həmin həbsxanada başqa məşhur məhbus, SSRİ və Rusiyanın xeyrinə casusluğa görə 15 dəfə ömürlük həbsə məhkum olunan FBI əməkdaşı, “ABŞ tarixində ən böyük kəşfiyyat fəlakəti” Robert Hanssen ölüb.
    Qeyd: Məqalə Yadigar Sadıqlının səhifəsindən götürülüb


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR