Fortune: Yapon milyarder Son, SoftBank-ın süni intellektin köməyi ilə dünyanı ələ keçirməyi planlaşdırdığını açıqladı
SoftBank texnologiya və maliyyə korporasiyasının rəhbəri, yaponiyalı milyarder Masayoşi Son süni intellekt texnologiyasının köməyi ilə “dünyanı ələ keçirmək” planlarını açıqlayıb. Bu barədə “Fortune” məlumat yayıb.
“Mən AI sərmayələrimdə çoxlu səhvlər etdim, bəziləri bu günə qədər məni çaşdırır. Ancaq bir çox uğursuzluqlar arasında çox tezliklə çiçək açacaq bir neçə qönçə də var. Sonda dünyanı biz idarə edəcəyik”, - detən milyarder etiraf etdi ki, o, ChatGPT AI chatbotunun pərəstişkarıdır və süni intellektin Yapon texnologiya şirkətinə böhran dövrünün öhdəsindən gəlməsində kömək edəcəyinə inanır.
“Mən hər gün ChatGPT ilə əlaqə saxlayıram. Mən də demək olar ki, hər gün OpenAI-nin yaradıcısı Sem Altmanla ünsiyyət qururam”, - deyə iş adamı bildirib. SoftBank-ın təsisçisi əlavə edib ki, indi korporasiya bazarda özünü "daha da aqressiv" aparacaq.
İndi SoftBank Yaponiya holdinqinə daxil olan Britaniya çip istehsalçısı Arm-ın səhmlərinin kütləvi təklifinə hazırlaşır. Yapon sahibkarın sözlərinə görə, generativ süni intellektin inkişafı sayəsində çip istehsalçılarına maraq kəskin şəkildə artır.
Arm mobil çip bazarında üstünlük təşkil edir və demək olar ki, hər bir smartfon çipi onun arxitekturasından istifadə edir. SoftBank Arm-ı 10 milyard dollar dəyərində qiymətləndirir.
İyunun ortalarında Apple-ın CEO-su Tim Kuk süni intellekt texnologiyalarını dəstəkləyib. O, analoji texnologiyalardan artıq Apple cihazlarının sahibləri tərəfindən gündəlik həyatda necə istifadə edildiyini söyləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.