AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ömür müddətini artıra bilən səkkiz vərdiş

  • + A
  • - A
  • 24-07-2023, 21:54

    Ömür müddətini artıra bilən səkkiz vərdiş

    Qidalanma 2023: Siqaret və alkoqoldan imtina, düzgün yemək və yaxşı yuxu həyatınızı 20 il uzada bilər


    Amerika Qidalanma Cəmiyyətinin mütəxəssisləri ömrü uzadan vərdişlər müəyyən ediblər. Bunlara aşağıdakılar daxildir: fiziki aktivliyi saxlamaq, ağrıkəsici dərmanlara aludə olmamaq, siqaret çəkməmək, stressi effektiv idarə etmək, sağlam qidalanma, müntəzəm içki içməmək, yaxşı yuxu gigiyenasına riayət etmək və müsbət sosial münasibətləri qorumaq. Tədqiqatın nəticələri Qidalanma Cəmiyyətinin 2023 illik toplantısında təqdim edilib.

    Təcrübədə 700 mindən çox insan iştirak edib. Alimlər onların həyat tərzi haqqında məlumat toplayıb, həmçinin bədənin vəziyyətini qiymətləndiriblər. Nəticələrə görə, 40 yaşında səkkiz vərdişin hamısına sahib olan kişilər heç birinə sahib olmayan kişilərdən orta hesabla 24 il daha çox yaşayırlar. Qadınlar üçün uzunömürlülüyün bütün səkkiz amilinin olması gözlənilən ömür uzunluğunun 21 il artması ilə əlaqələndirilirdi.

    Fiziki hərəkətsizlik, ağrıkəsici dərmanlardan istifadə və siqaret ömür uzunluğuna ən çox təsir edib. Bu amillər ölüm riskinin 30-45% artması, stress, həddindən artıq spirt istehlakı, düzgün olmayan qidalanma və yuxu gigiyenasına riayət edilməməsi ölüm riskinin təxminən 20% artması ilə əlaqələndirildi və müsbət sosial əlaqələrin olmaması bu riski 5% artırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR