1989-cu ildə SSRİ-də keçirilən siyahıyaalmanın nəticələrinə görə, həmin dövrdə Azərbaycanda 390 min etnik erməni yaşayırdı. Bu o deməkdir ki, həmin vaxt Azərbaycanda əhalinin 5.5%-ni etnik ermənilər təşkil edirdi.
Həmin dövrdə Dağlıq Qarabağda yaşayan ermənilərin sayı isə 145 min nəfərə bərabər olub. Yəni, 1989-cu ildə Azərbaycandakı ermənilərin cəmi 37 faizi Qarabağda, 63 faizi isə ölkənin digər bölgələrində yaşamaqda idi.
1989-cu ilədək erməni əsilli şəxslər Azərbaycanda ən çox Bakı şəhərində məskunlaşıb. 1989-cu ildə Bakıda yaşayan ermənilərin sayı 180 min nəfərə bərabər idi. Yəni, həmin vaxt Azərbaycandakı ermənilərin 46%-i Bakıda yaşayırdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.