Qoç - günün ilk yarısında qəfil görüş, münasibətlərdə dönüş istisna deyil. Yeni intriqa və qarışıqlıq, habelə ifrat emosiyalar qarşılıqlı anlaşmaya mane ola bilər.
Peşəkar fəaliyyətinizdə yolverilməz eqoizm və fərdiyyətçiliyə qapılsanız, məqsədlərinizə çatmaqda çətinlik çəkəcəksiniz. Problemlərə səbəbkar olmayın.
Bununla yanaşı, adi mənbə və kanallardan istifadə etməyib yeni variantlar arasanız suallarınza cavablar ala bilərsiniz.
Günün ikinci yarısında idealizmə qapılmayın, xəyallar aləmində səyahətə çıxmayın.
Adi, sari, rutin, yeknəsək işlə məşğul olun. Yaşam arealında qayda yaradın, sistemləşdirməyə başlayın və mümkün çətinlikləri dezavuasiya edin.
Axşam saatları sakit, rahat istirahət üçündür. Heç yerə tələsməyin.
Buğa - danışığınıza fikir verin, sözlərinizdə ehtiyatlı olun. Gərginliyin artdığını, böhranın yaranmağa başladığını hiss etsəniz, situasiyanın sizə əlverişsiz istiqamətdə inkişafına imkan verməyin. Süni problemlərin formalaşmasının qarşısını alın.
Günün ikinci yarısında etibarlı olmayan mənbədən gələn, təsbit olunmayan informasiyaya inanmağa dəyməz. Çətin vəziyyətdə sakit davranın. Yaşananları diqqətlə müşahidə edin.
Yaxın ətrafınızdakı insanlardan birinin ehtiyatsızlığı və ya səbirsizliyi sizə problemlər yaradacaq.
Axşam saatları yeni mövqe seçmək üçün münasibdir.
Əkizlər -səhər saatlarından etibarən aktiv olun, konkret işlərlə məşğul olun və nə istədiyinizi müəyyənləşdirin. Həftənin təmayüllərinə çevriləcək hadisələr formalaşmaqdadır. Siqnalları qulaqardına vurmayın, nişanələrə fikir verin.
Günün ikinci yarısında maraqlarınızın təminatı üçün məqsədləri konkretləşdirin. Önəmli saydığınız məsələnin həllinə başlayın.
Axşam saatlarında açıq havada gəzintiyə çıxın, aktiv istirahəti seçin.
Xərçəng - stress, gərginlikdən qurtulun, güc və qüvvə yığın. Sizi bu gün gərgin fəaliyyət gözləyir. Vaxt aparan, amma effektiv nəticə əldə etməyə imkan verməyən işlərlə məşğul olmayın. Diqqətinizi əhəmiyyətsiz məsələlərə yayındırmayın.
Günün ikinci yarısında eşidəcəyiniz vədlərə soyuqqanlı yanaşın. Gəliri bölüşməyə tələsməyin. Borc verməyin, çünki pul istəyən adam sizi aldatmağa hazırlaşır.
İşdə rəhbərlkilə danışmaq fikriniz varsa, maaş məsələsini müzakirə edin. Yaxşı təklif varsa, iş yerini dəyişmək olar.
Axşam saatlarını ailəyə həsr edin.
Şir - soyuqqanlı və təmkinli davranın. Praqmat olun. İdeyalarınızı tədricən, tələsmədən reallaşdırın. Xırdalıqlara və təfərrüatlara xüsusi fikir verin. Kiçik saydığınız məqamların heç birini nəzərdən qaçırmayın.
Günün ikinci yarısında yeni sifariş və tapşırıq olacaq. Səhhətinizə fikir verin, ağır fiziki işlə məşğul olmayın. Münasibətləri gərginləşdirməyin. Yarana biləcək anlaşılmazlığın qarşısını alın.
Axşam saatlarında əylənin, evdə oturmayın.
Qız - irreallıq səviyyəsində böyük planlar qurmayın. Aktiv olun, sürətlə çalışın. Planlarınızın həyata keçməsinə kimsə və ya nə isə mane olacaq. İşlərdə və münasibətlərdə qəfil dəyişikliklər istisna deyil. Baş verənləri mürəkkəbləşdirməyin, süni təkanlara və müdaxilələrə yol verməyin.
Günün ikinci yarısında mütəhərrik, qıvraq, çevik olun. Olaylara göstərdiyiniz reaksiyanın sürəti, qərarların qəbul edilmə intensivliyi önəmli rol oynayır. Yeni ideyaların arasında maraq doğuranı ola bilər. Həmin ideyanı yaxınlarınızla paylaşa bilərsiniz.
Axşam saatlarında evi nəzarətsiz qoymayın. Məişət texnikası və ya avadanlıqda problemlər yarana bilər.
Nasaz əşyalardan qurtulun.
Tərəzi - idealist olmayın, praqmat davranın. Cari işlərlə məşğul olarkən intensiv çalışın. Rasionallığı unutmayın. Planlaşdırıdığınız məsələnin detallarını nəzərdən keçirin, təfərrüatlara fikir verin. Aldığınız informasiyaları araşdırın, məlumatları təhlil edin.
Günün ikinci yarısında yeni məqsədə çatmaq üçün irəliləyin. Səthi insanlarla münasibətlərdən, gərəksiz əlaqələrdən, irreal hisslərdən qurtulun.
İşlərinizdə və fəaliyyət arealında nizam yaradın.
Axşam saatlarını sevdiyiniz insana həsr edin.
Əqrəb - sürəkli gərginlik mənbəyinə çevrilən, ətrafında qapalı mübarizə aparılan məsələni aydınlaşdıranda sayıq olun. Ehtiyatlı davranın ki, ustalıqla qurulmuş tələyə düşməyəsiniz.
Önəmli məsələni asanlıqla çözmək olar. Emosiyalarınıza hakim olun, soyuqqanlı davranın. Təkkəbbürlü olmayın. Tərəfdaş, şərik və ya dostları tələsik addımlar atmağa vadar etməyin.
Günün ikinci yarısında alınan məlumat və ya gələn informasiya əsəblərinizi tarıma çəkə bilər. Emosiyalara məğlub olmayın.
Situasiya ağırlaşsa da, hadisələrin heç olmasa bir qisminə nəzarət edin.
Yolda çox vaxt keçirməyin.
Axşam saatları ünsiyyət üçün münasibdir.
Oxatan - günün ilk yarısında mühüm işləri görərək, başa vurun. Son iki həftədə həll etmək istədiyiniz işi başa vurun. Dövlət qurumuna yollanın, ərizəni verin.
Haqlarınızın tapdanması ilə əsla barışmayın. Zəruri sayırsınızsa, məhkəməyə üz tutun. Rüşvət verməyin.
Günün ikinci yarısı yarımçıq qalmış işlərin tamamlanması üçün əlverişlidir. Sosial şəbəkələrdə çox vaxt keçirməyin. Aktual məsələlərin həllinə maksimum vaxt ayırın.
Axşam saatlarında gəzintiyə çıxın.
Oğlaq - Konkret mövzu ilə bağlı mövqelərinizdə ciddi dəyişikliklərə səbəb ola biləcək söhbət olacaq. Mövqelərinizdən geri çəkilməyin. Sizi aldatmaq və fırıldağına qurban etmək istəyən insanın ləyaqətsiz davranışlarına sərt reaksiya verməyin. Sadəcə, bu adamla bütün əlaqələri kəsin.
Mobil telefonunuzu unuda bilərsiniz.
Günün ikinci yarısında nəqliyyatda səbrli olun. Təmkinsiz davranış problemlər yarada bilər. Qazlı sular və "təbii" meyvə şirələrindən uzaq durun.
Axşam saatlarını özünüzə, maraqlı saydığınız məşğuliyyətə həsr edin.
Dolça - hər hansı mövzunu inkişaf etdirməyə başlasanız əsla durmayın, fasilələrə yol verməyin. Ümumi maraqlarınız olan insanla əməkdaşlığı intensivləşdirin.
Məqsədlərinizi konkretləşdirin, hansı istiqamətdə hərəkət edəcəyinizi konkretləşdirin. Mübahisələr, emosional diskussiyalar zamanı deyil.
Günün ikinci yarısında maliyyə fonu əlverişlidir. Gəlirlər olacaq. Müsbət təmayüllərin təsiri güclənəcək.
Umu-küsü və ya iradlara meylli olan insana fikir verməyin.
Balıqlar - günün ilk yarısında narahatlıq, gərginlik hiss olunacaq. Əsla gözləmədiyiniz istiqamətdə problemlər yaranaraq çətin situasiya formalaşa bilər. Bütün olayları və baş verənləri nəzarətdə saxlamağa, prosesi tam kontrolunuzda tutmağa can atmayın.
Günün ikinci yarısında görüş, müzakirə, təmir, məşq və səfərləri təxirə salın. Alış-veriş uğurlu olmayacaq. Bədxərclik etməyin.
Axşam saatları üçün ən məqbul variant informasiya aramaq, şəraiti və şərtləri tədqiq etməkdir.