AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cinsi fəaliyyət yaşlı insanların düşünmə qabiliyyətləri üçün faydalıdır

  • + A
  • - A
  • 10-10-2023, 21:27

    Cinsi fəaliyyət yaşlı insanların düşünmə qabiliyyətləri üçün faydalıdır

    Sekslə məşğul olmaq yaşlı insanlarda koqnitiv funksiyanı yaxşılaşdırır


    Cinsi fəaliyyətdə iştirak etmək və cinsi həzz almaq qocalıqda psixi sağlamlığa əhəmiyyətli dərəcədə təsir edə bilər. Azadmedia.az xəbər verir ki, Hope Kolleci və Purdue Universitetinin amerikalı alimləri bu qənaətə gəliblər. Tədqiqat The Journal of Sex Research (TJSR) elmi jurnalında dərc olunub.

    Tədqiqatçılar seksuallıq və koqnitiv sağlamlıq arasındakı əlaqəni araşdırmaq üçün Milli Sosial Həyat, Sağlamlıq və Yaşlanma Layihəsindən (NSHAP) məlumatlara müraciət ediblər. Mütəxəssislər beş il ərzində evli və ya cinsi partnyoru olan 62 yaşdan yuxarı 1683 respondentin məlumatlarını təhlil ediblər.

    Tədqiqat partnyor seksuallığının üç ölçüsünü araşdırıb: cinsi əlaqənin tezliyi, cinsi əlaqədən fiziki həzz alma səviyyəsi və cinsi əlaqədən emosional məmnunluq.

    Məlum olub ki, həftədə ən azı bir dəfə cinsi əlaqədə olmaq 75-90 yaşlı insanların cinsi aktiv olmayan həmyaşıdları ilə müqayisədə koqnitiv funksiyalarını yaxşılaşdırıb.

    62-74 yaş arası insanlar üçün idrak funksiyasına təsir edən əsas amil cinsi əlaqənin keyfiyyəti və onlardan aldıqları həzz idi. Öz intim təcrübəsindən razı qalan təqaüdçülər, narazı həmyaşıdlarına nisbətən daha yüksək düşünmə qabiliyyətlərinə malik idilər.

    Alimlər cinsi əlaqənin tezliyi və onun idrak funksiyasına təsirində kişilər və qadınlar arasında ciddi fərq aşkar etməyiblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR