AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qazaxıstanda Qaraqanda yaxınlığında skif piramidası tapılıb

  • + A
  • - A
  • 4-11-2023, 23:59

    Qazaxıstanda Qaraqanda yaxınlığında skif piramidası tapılıb


    Karaqanda Universitetinin arxeoloqları Qazaxıstanda skif-sak dövrünə aid 3400 illik piramida və Beqazı-Dəndibay icmasının proto-şəhərinin qalıqlarını aşkar ediblər. Bu barədə “TRT Haber” məlumat yayıb.

    Piramida Qaraqandanın Şet rayonunda Taldı çayına baxan təpənin başında yerləşir. Radiokarbon tarixinə görə, o, eramızdan əvvəl 14-12-ci əsrlər arasında inşa edilmişdir. Piramida bir neçə pillədən ibarət məqbərədir. Onu tapan arxeoloqlar hesab edirlər ki, Talda çayının vadisindən Andronovo mədəniyyətinin Beqazı-Dandıbayevski mərhələsinin nümayəndələri aristokratiya üçün dəfn yeri kimi istifadə ediblər.

    Bu bölgədə aparılan qazıntılar zamanı Beqazı-Dəndibay icmasına aid protoşəhər yaşayış yeri də aşkar edilmişdir. Kəşf edən alimlərdən birinin qeyd etdiyi kimi, 15 hektar ərazini əhatə edən bu yaşayış məntəqəsi Kiçik Asiyada Troya və Orta Misir Krallığı ilə eyni tarixi dövrdə mövcud olmuşdur. Qəsəbədə bir sıra divarlar, küçələr şəbəkəsi və su toplama sistemi aşkar edilmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR