1962-ci il istehsalı olan Ferrari 250 GTO yarış avtomobili Nyu-Yorkda keçirilən hərracda 51,7 milyon dollara satılıb.O, tarixdə hərracda satılan ikinci ən bahalı avtomobil olub.
Satılan Ferrari 250 GTO 1962-ci ildə 24 saat Le Manda yarışıb. Onu britaniyalı sürücü Mayk Parkes və Scuderia Ferrari komandasının italyan Lorenzo Bandini idarə edib. 1974-1985-ci illərdə avtomobilin sahibi Amerika Ferrari Club of America təşkilatının sədri olub. Son 38 ildir ki, Ferrari 250 GTO amerikalı kolleksiyaçının ixtiyarındadır. Yeni sahibi açıqlanmayıb.
Azadmedia.az Kommersant.ru-ya istinadla xatırladır ki, tarixdə hərracda satılan ən bahalı avtomobil Mercedes 300 SLR Uhlenhaut Coupe olub. 2022-ci ildə 135 milyon avroya alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.