Defibrilyatorlarla təchiz edilmiş dronlar ürək tutması şübhəsi olan xəstələrə təcili yardım maşınlarından əvvəl çatır. Onlar həmçinin tibbi təhsili olmayan insanlara xəstənin həyatını xilas edə biləcək defibrilasiya prosedurunu həyata keçirməyə icazə verir. Azadmedia.az xəbər verir ki, araşdırma The Lancet Digital Health jurnalında dərc olunub.
Hər il İsveçdə altı minə yaxın insan qəfil ürək dayanmasından əziyyət çəkir, ancaq ondan yalnız biri sağ qalır. Belə xəstələr nə qədər tez defibrilasiya olunarsa, onların sağ qalma şansı bir o qədər artır. İsveçdəki Karolinska İnstitutu 2020-ci ildən etibarən təcili yardıma xəbərdarlıq etməklə eyni zamanda defibrillyatorlarla təchiz edilmiş dronları da sınaqdan keçirir.
Təcrübə zamanı ürək dayanması şübhəsi olan 55 xəstəyə defibrillyatorlu dronlara ehtiyac var idi. 37 halda dronlar hadisə yerinə təcili yardımdan əvvəl gəlib, orta hesabla onu üç dəqiqə 14 saniyə qabaqlayıb. 18 halda ürək dayanması təsdiqlənib. İki halda təcili yardım çağıran şəxsə pasiyenti defibrilasiya etmək məsləhət görülüb və birində xəstə sağ qalıb.
Tədqiqat o deməkdir ki, defibrillyatorlarla təchiz edilmiş dronların istifadəsi, hətta təlim vaxtı olsa belə, təcili xidmətlər gəlməmişdən əvvəl defibrilasiyanı həyata keçirməyə imkan verir. Dronlar bütün fəsillərdə və bütün işıqlandırma şəraitində təsirli idi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.