iPhone 15 seriyasından olan Apple smartfonlarına tələbat iPhone 14 və iPhone 13 satışlarının ilk aylarında olduğundan daha yüksək olub.
DSCC-nin məlumatına görə, iPhone 15 seriyası üçün displey tədarükləri iPhone 14 seriyası ilə müqayisədə 16%, iPhone 13 seriyasından isə 21% yüksək olub. iPhone 15 Pro 2023-cü ilin sentyabrında satın alınan bütün modulların 64%-ni təşkil edib. oktyabrda bu rəqəm 71%-ə yüksəlib.
Yeni iPhone üçün ekranların əsas tədarükçüsü Samsung Display Company (SDC) olub - oktyabrın sonunda onun payı alışların 81%-ni təşkil edib. Apple-ın digər iPhone ekran partnyorları sırasına müvafiq olaraq 18% və 1% ilə LG Display (LGD) və Çin firması BOE daxildir. BOE-nin aşağı payı onun yalnız oktyabr ayında iPhone 15 seriyası üçün displey tədarükünə qoşulması ilə əlaqədardır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.