AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni evlənənlər KFC-də toy ediblər

  • + A
  • - A
  • 1-12-2023, 20:12

    Yeni evlənənlər KFC-də toy ediblər

    Sinqapurdan olan cütlük KFC restoranında toy edib. Azadmedia.az xəbər verir ki, məlumatı Mothership yayıb. Gəlinin dediyinə görə, bu, onun çoxdankı arzusu olub, çünki o, qızardılmış toyuq həvəskarıdır.

    32 yaşlı Heather Wong-u sevindirən fast-food şəbəkəsi onun toyunun təşkilinə kömək etməyə razılıq verdi, həm də qonaqlar üçün yeməklərin yarısını sponsorluq etməyi təklif etdi və həmçinin qızardılmış toyuq buketi hazırladı.

    Bəy və gəlin sosial şəbəkədə tanış olduqlarını və ilk görüşlərinin KFC-də baş tutduğunu bildiriblər. Heather əlavə etdi ki, bütün dostları toyun harada keçiriləcəyini biləndə şokda olublar. Ancaq dostlar dəvəti qəbul etdilər.

    "Onların hamısı şokda idi" deyə Vonq xatırlayır.

    Ümumilikdə, KFC temalı toy cütlüyə təxminən 2000 dollara başa gəlib, lakin məbləğin böyük hissəsini fast food restoranının özü ödəyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR