AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

WhatsApp foto və videoları korlamağı dayandıracaq

  • + A
  • - A
  • 4-12-2023, 21:59

    WhatsApp foto və videoları korlamağı dayandıracaq

    iPhone üçün WhatsApp-ın yeni versiyası artıq media fayllarını orijinal ölçüsündə göndərməyə imkan verir. Bu barədə messencerdə dəyişiklikləri və yenilikləri izləyən WABetaInfo portalı xəbər verir.

    Mənbənin sözlərinə görə, yenilik WhatsApp-ın iOS üçün 23.24.73 nömrəli versiyasında müşahidə edilib. Yeni funksiya sayəsində istifadəçilər keyfiyyətini itirmədən foto və video faylları göndərə biləcəklər. Telegram-da tətbiq olunduğu kimi, əlavələr sənəd kimi göndərilməlidir. Bildirilir ki, göndərilən faylların ölçüsü 2 GB ilə məhdudlaşır.

    Eyni zamanda, 23.24.73 yeniləməsi iPhone-da WhatsApp-a qrup yazışmalarında səsli çatlarda iştirak etmək və öz 3D avatarınızdan istifadə edərək istifadəçi statuslarına cavab vermək imkanı əlavə edir. İstifadəçilər üçün altı növ reaksiya mövcuddur. Davam edən, tamamlanmış və buraxılmış zənglər üçün bildirişlər də yenidən işlənib.

    Yeniləmə yaxın vaxtlarda iOS-da bütün WhatsApp istifadəçiləri üçün əlçatan olacaq. Bununla belə, Android üçün bu funksiya hələ sınaq mərhələsindədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR