Polaris Dawn özəl kosmik missiyasının buraxılışı 2024-cü ilin aprelindən yayına təxirə salınıb. Bu barədə Polaris Programm şirkətinin nümayəndələri X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat veriblər.
Polaris Dawn zamanı kosmik turistlərin gəmidən kənarda ilk dəfə kosmosa çıxması planlaşdırılır. Komanda bir sıra elmi təcrübələr də keçirmək niyyətindədir.
Polaris Proqramının izah etdiyi kimi, layihə məqsədlərinə çatmaq və ekipajın Yerə təhlükəsiz qayıtmasını təmin etmək üçün əlavə aylar ərzində hazırlıq tələb edəcək.
Missiya komandası dörd nəfərdən - milyarder və Polaris özəl kosmik proqramının yaradıcısı Jared Isaacman, ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan polkovniki Skott Poteetdən, həmçinin SpaceX mühəndisləri Sara Gillies və Anne Menondan ibarət olacaq.
Kosmik turistlər SpaceX-in Falcon 9 raketinin göyərtəsində Crew Dragon modulunda orbitə çıxacaqlar. Yerdən kənara səyahət beş gün davam edəcək.
Bu, Polaris Dawn-ın buraxılışının təxirə salınması ilk dəfə deyil. Missiyanın əvvəlcə 2022-ci ilin sonunda başlaması planlaşdırılırdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.