Amerikalı iş adamı və X (keçmiş Twitter) sosial şəbəkəsinin sahibi İlon Mask 2024-cü il Nobel Sülh Mükafatına namizədlərdən biri olub, Daily Mail xəbər verir. Onun namizədliyi Norveç parlamentinin deputatı Marius Nilsen tərəfindən irəli sürülüb və o, Maskın bəşəriyyətin rifahına yönəlmiş texnologiyaların inkişafına verdiyi töhfəni qeyd edib.
“Maskın təsis etdiyi, sahib olduğu və ya rəhbərlik etdiyi bir çox texnologiya şirkətləri cəmiyyəti təkmilləşdirmək, həm Yer, həm də kosmos haqqında bilikləri artırmaq, eyni zamanda bütün dünyada kommunikasiya və əlaqəni təmin etmək məqsədi daşıyır” dedi Nielsen. Qəzetin yazdığına görə, milyarder "həmişə qütbləşən dünyada" "dialoqu qətiyyətlə müdafiə etdiyinə, söz azadlığına və öz fikrini ifadə etmək bacarığına" görə irəli sürülüb.
Elon Maskın nüfuzlu mükafat uğrunda mübarizədə rəqibləri arasında Kolumbiya prezidenti Qustavo Petro, WikiLeaks-in yaradıcısı Culian Assanc, həmçinin İsrail və Fələstindən olan insan haqları təşkilatlarının nümayəndələri var. Bu barədə Britaniyanın “Daily Mail” qəzeti Nobel Komitəsinin məlumatlarına istinadən yazır.
Nobel Sülh Mükafatı yeganə Nobel mükafatıdır ki, İsveçdə deyil, Norveçdə verilir. 2024-cü il mükafatının qalibi oktyabrın 11-də elan olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.