Sosial şəbəkələrdə quraşdırılmış sensor ekranlı saxta AirPods Pro qulaqlıqlarının işlək videosu yayılıb. MacRumors xəbər verir ki, cihaz 2021-ci ildən mövcud Apple patenti əsasında yığılıb.
Çində şarj qutusunda displeylə görünən saxta AirPods Pro istifadəçilərə iPhone-dan istifadə etmədən qulaqcıqların funksiyalarını, o cümlədən səs-küyün ləğvini idarə etməyə imkan verir. Videoya əsasən, korpusun qapağı açılanda ekran aktivləşir və cihazın bütün interfeysi eksklüziv olaraq Çin dilinə tərcümə olunur.
2021-ci ildə ortaya çıxan patent, qulaqlıq qutusunda oxşar ekranı nəzərdə tutur. Bu həll musiqinin səsləndirilməsini idarə etməyə, səs səviyyəsini tənzimləməyə və daha çox şeyə kömək etməli idi. Belə qulaqlıqların nə vaxtsa “Apple” seriyasında olub-olmayacağı bəlli deyil.
Qeyd olunur ki, “AirPod”ların populyarlığı son illərdə rekord sayda saxta simsiz qulaqlıqların yaranmasına səbəb olub. 2021-ci il hesabatına görə, maliyyə ilinin ilk doqquz ayında ABŞ hökuməti 62,2 milyon dollar dəyərində 360 minə yaxın saxta qulaqcıq ələ keçirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.