AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Apple-ın yaz təqdimatının dəqiq tarixi açıqlanıb

  • + A
  • - A
  • 18-03-2024, 22:28

    Apple-ın yaz təqdimatının dəqiq tarixi açıqlanıb

    Apple 26 mart 2024-cü ildə yeni iPad Air və iPad Pro modellərini təqdim edəcək. Bu barədə MacRumors Çinin Instant Digital insayderinə istinadən xəbər verir.

    Instant Digital tədbirin təfərrüatlarını açıqlamayıb, ona görə də Apple-ın təqdimatı hansı formatda keçirəcəyi məlum deyil. Çox güman ki, şirkət canlı yayım etməyəcək, sadəcə olaraq əvvəlcədən yazılmış videonu dərc edəcək.

    MacRumors qeyd edib ki, Çinin IT Home media orqanı da yeni planşetlərin təqdimat tarixi kimi martın 26-nı adlandırıb. IT Home-un tapıntıları Amazon bazarında üçüncü tərəf istehsalçılarının yeni cihazları üçün korpuslar olan səhifələrdən alınan məlumatlara əsaslanır.

    Öz növbəsində, Display Supply Chain Consultants analitik firmasının direktoru və insayder Ross Young bildirib ki, onun məlumatlarına görə, yeni Apple planşetlərinin buraxılışı apreldə baş tutacaq. Yangın məlumatları dolayı yolla Asiya mənbələrindən gələn şayiələri təsdiqləyir, çünki adətən Apple cihazlarının elanı və buraxılması arasında bir neçə həftə keçir.

    Bundan əlavə, Young 2024-cü ildə Apple-ın OLED ekranlı ilk iPad Pro və 12,9 düymlük ekranlı iPad Air-i buraxacağını təsdiqləyən ən son insayder oldu. Pro modelləri də ən son M3 çipini alacaq, Air modelləri isə M2 SoC-ə yüksəldiləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR