AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Amerikalı hərbçi yadplanetlilərin Yer kürəsini ziyarət etdiyini bildirdi

  • + A
  • - A
  • 20-03-2024, 23:21

    Amerikalı hərbçi yadplanetlilərin Yer kürəsini ziyarət etdiyini bildirdi

    ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş vitse-admiralı Tim Qalaudet yadplanetli sivilizasiyaların nümayəndələrinin Yer kürəsinə səfər etdiyini bildirib. Ehtiyatda olan zabit bu barədə Christian Harloffun YouTube kanalında danışıb.

    O, 2015-ci ildə Amerika hərbi pilotları tərəfindən çəkilmiş “Go Fast” adlı videoya baxdıqdan sonra UFO-ların Yerə səfərlərinin reallığına əmin olduğunu söylədi.

    "Mən videonu gizli kanallar vasitəsilə aldım və əmin oldum ki, biz tək deyilik" deyən təqaüdçü hərbçi qeyd edib ki, Birləşmiş Ştatlar hökuməti və kəşfiyyatı tərəfindən inkar edilməsinə baxmayaraq, planetdə yerdənkənar texnologiya mövcuddur və UFO müşahidələri halları olub. Eyni zamanda, onun sözlərinə görə, UFO-ların əslində nə olduğunu müəyyən etmək üçün məxfi işlər aparılır.

    "Hökumət hələ də onların kim olduğunu, haradan gəldiklərini və ya nəyə ehtiyac duyduqlarını bilmir"


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR